AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - (ADSMIRRA) layihəsi çərçivəsində regionlarda yaşayan sahibkarlar haqqında 10 Uğur Hekayələrinin hazırlanması (AMFA)

 Duration: 24.09.2020 - 05.10.2020

 

“Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA)

Müraciət şərtləri

LAYİHƏ HAQQINDA

2018-ci ilin sentyabr ayından etibarən Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi Azərbaycanda seçilmiş regionlarında kişi və qadınların ailə maliyyəsini idarə etmələrini təmin etmək və / və ya öz bizneslərini qurmaq üçün lazım olan bacarıq və sərmayə kapitalla təmin etməklə məşğulluq imkanlarını artırmaqdan ibarətdir.

30 ay davam edən layihə çərçivəsində Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) iqtisadi regiolardan 500-ə yaxın mikro və kiçik kəndli sahibkar və onların ailələri müxtəlif layihə fəaliyyətləri ilə təmin olunmuşlar. Onlardan 150-yə yaxını biznes təlimləri və təxminən 100-ə yaxın seçilən şəxsə sərmayə kapitalı olaraq maliyyə dəstəyi verilmişdir.

Layihənin hədəf qrupu regionlarda yaşayan və öz işlərini qurmaq və ya inkişaf etdirmək istəyən mikro və kiçik kəndli sahibkarlardır. Layihə zamanı qadınlara üstünlük verilmişdir. 

Layihə Polşa Mikromaliyyə Mərkəzi (MFC), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Turanbank ASC, “İnkişaf üçün Maliyyə” BOKT ilə birgə həyata keçirilmişdir.  

 

TAPŞIRIĞIN ƏSAS MƏQSƏDİ

Tapşırığın ümumi məqsədi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində regionlarda yaşayan sahibkarlar haqqında 10 Uğur Hekayələrinin hazırlanmasından ibarət olacaqdır. 

METODOLOGİYA

Bu tapşırıq üçün seçilmiş konsultant aşağıdı qeyd olunan tapşırıqları yerinə yetirəcəkdir.

  • 10 Uğur hekayələrinin məzmununu Layihə komandası  ilə müzakirə edərək hazırlamaq;
  • Təyin olunmuş müsahibələr  cədvəlini  hazırlayaraq iş planını təqdim etmək;
  • Telefon / Skype / WhatsApp vasitəsilə layihənin əsas tərəfdaşları, benefisiarları və maraqlı tərəfləri ilə müsahibələr aparmaq;

İŞ VƏ VƏZİFƏLƏRİN ƏHATƏ DAİRƏSİ

  • Azərbaycan və ingilis dillərində Uğur Hekayələrinin ilkin versiyasını hazırlamaq 
  • Layihə komandasının şərhlərini özündə əks etdirən Azərbaycan və İngilis dillərində yekun 10  Uğur Hekayələrini hazırlamaq

 

VAXT CƏDVƏLİ VƏ XİDMƏTİ TƏHVİL VERMƏ MÜDDƏTİ

Hekayələrin redaktə prosesi və yekun 10 hekayənin təhvil verilməsi AMFA ilə müqavilə imzalandıqdan sonra 30 gün ərzində həyata keçirilməlidir

Vaxt: 15 Oktyabr – 30 Noyabr 2020 

 

LOGİSTİK DƏSTƏK

AMFA layihə benefisiarları və maraqlı tərəflər ilə tanışlığı təmin edəcək, benefisiar və maraqlı tərəflərin yerlərini və əlaqələrini bölüşəcək və lazımi görüşlər təşkil edəcək.

 

MÜTƏXƏSSİSDƏN TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Konsultant aşağıdakı bacarıqlara malik olmalıdır:

  • Yazı yazmaq üçün bilik və təcrübəsinin olması, araşdırmaların aparılması
  • Azərbaycan dilində mükəmməl şifahi ünsiyyət bacarıqları.
  • Azərbaycan və ingilis dillərlində mükəmməl yazılı bacarıqlar.

ÖDƏMƏ CƏDVƏLİ 

Ödənişlər iki hissədə həyata keçiriləcəkdir: 

İş planı, təhvil verildikdən sonra 30%;

Yekun hekayələr təhvil verildikdən sonra 70%

 

MÜRACİƏTLƏR

 Bütün müraciət edənlər yuxarıda göstərilən minimum tələblərə cavab verməlidirlər. Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə yaradılacaq. Hər bir müraciətə aşağıdakılar daxil edilməlidir:

- Namizədin əvvəlki təcrübəsinin layihə hədəflərinə uyğunluğu və vəzifəyə olan maraqları (iki səhifədən çox olmayan) daxil olmaqla müraciət edənin cari əlaqə məlumatları göstərilməklə izahat məktubu;

- Tapşırığı necə yerinə yetirmək istədiklərinə dair texniki təklif; 

- Layihənin maliyyə təklifi / ətraflı büdcəsi; 

- Ekspertlərin CV-lərini və peşəkar arayışlar və ya tövsiyə məktubu; 

Yuxarıda göstərilən məlumatların hamısı daxil olmayan müraciətlər nəzərdən keçirilməyəcək. Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə yaradılacaq. Maraqlanan şəxslər müraciətlərini 05 oktyabr 2020-ci il, saat 17:00-dək “ADSMIRRA – Uğur Hekayələrinin hazırlanması” başlığı ilə member_services@amfa.az elektron poçt ünvanına göndərməlidirlər.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS