AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Tikinti fəaliyyətilə məşğul olmaq üçün qanunvericiklə nəzərdə tutulmuş müvafiq lisenziyalara/icazələrə malik tikinti təşkilatlarının nəzərinə (EWMI)

 Duration: 18.05.2020 - 01.06.2020

 





İXTİSASLI PODRATÇILARIN QEYDİYYATA ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR ÜZRƏ MƏLUMAT VƏRƏQİ

Hörmətli Təşkilat Nümayəndələri,                                                               TARIX: 19 MAY 2020


Tikinti fəaliyyətilə məşğul olmaq üçün qanunvericiklə nəzərdə tutulmuş müvafiq lisenziyalara/icazələrə malik tikinti təşkilatlarının nəzərinə:


Şərq-Qərb İdarətmə İnstitutu Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) çərçivəsində  Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Yuxarı Qarabağ iqtisadi zonalarının seçilmiş icmalarında icma əsaslı infrastruktur layihələri həyata keçirməyi planlaşdırır. SEDA proqramının məqsədi icmalar tərəfindən müəyyən olunan infrastruktur layihələrinə dəstək vermək və proqramın əhatə etdiyi regionlarda sosial iqtisadi inkişaf prioritetlərini və proqramları müəyyən etmək üçün tərəfdaşların iştirakını gücləndirməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına töhvə verməkdir.  


SEDA sizin təşkilatın SEDA-nın ixtisaslı podratçı qeydiyyat bazasında olma imkanını genişləndirmək istəyir. Bu qeydiyyat bazası sizin təşkilatı yeni tenderlər üçün təkliflərin təqdim olunması barədə məlumatlandırmaq üçün SEDA-ya imkan verəcəkdir və gələcək təkliflər üçün təqdimat prosesini asanlaşdıracaqdır.


SEDA layihəsi üçün seçilmiş ixtisaslı podratçı bazasına daxil olmaq üçün tələb olunan aşağıdakı sənədləri təqdim edin:

  1. Qeydiyyat sənədləri

  2. Təklif verənin adı, hüquqi status, nizamnamə/missiya və şirkət haqqında məlumat

  3. Təklif verənin bank rekvizitləri

  4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış  

  5. Vergi dərəcəsi (2%, 4% və ya 18%) haqqında arayış

  6. Lisenziya (müvafiq tikinti işləri üçün)

  7. Təklif verənin son 12 aydakı  maliyyə vəziyyəti haqqında bank arayışı

  8. Son 3 ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyətlərin siyahısı

  9. Əvvəlki layihələrin mənfəətçilərindən 3 rəy/arayış (imzalanmış, möhürlənmiş, əhəmiyyətli və müsbət)

  10. İddiaçı şirkətin tender təklifi üçün müvafiq əmlak və işçi heyətinin siyahısı


Xahiş edirik ki, təşkilatınızın sənədlərini möhürlənmiş zərfdə 01 iyun 2020-cu il tarixdə saat 16:00-dək SEDA–nın aşağıda göstərilən ünvanına təqdim edəsiniz və zərfin üzərində aşağıdakı məlumatları qeyd edəsiniz:


İXTİSASLI PODRATÇILARIN QEYDİYYATI

Şərq-Qərb İdarəetmə İnstitutu/Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) 

Bəşir Səfəroğlu küçəsi, 133A SAT Plaza 13-cü mərtəbə

Bakı, AZ1009 

 





For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS