AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Grant - Announces a Request for Application for the Civic Engagement Grants (CEG) Program (EWMI)

 Duration: 20.04.2012 - 30.04.2012

English version



 

Azərbaycanda Sosial İqtisadi İnkişaf Proqramı (SEDA)

Vətəndaş İştirakı Qrantları üzrə
Təklif üçün Müraciət elan edir

Elan 30 mart 2012-ci ildə verilmişdir

YÜKLƏ [ Vətəndaş İştirakı Qrantları üzrə Təklifüçün Müraciət ]

Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ), ÜMİD Sosial İnkişafa Dəstək İctimai Birliyi və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) ilə strateji tərəfdaşlıq şəraitində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən Azərbaycanda beş illik Sosial İqtisadi İnkişaf Proqramını (SEDA) həyata keçirir.  SEDA icma əsaslı infrastruktur layihələrinə dəstək vermək və sosial-iqtisadi strategiyalar və proqramlar üçün prioritetlərin irəli sürülməsində maraqlı tərəflərin iştirakını gücləndirmək yolu ilə Azərbaycanda regional səviyyədə sosial-iqtisadi inkişafa təkan verilməsinə yardım edir.SEDA-nın fəaliyyəti əsasən Aran və Quba-Xaçmaz regionlarında həyata keçiriləcək.

ŞQİİ SEDA Vətəndaş İştirakı Qrantları (VİQ) Proqramını elan etməkdən məmnundur vəAzərbaycanın Vətəndaş CəmiyyətiTəşkilatlarını (VCT),fermer və sahibkarlar assosiasiyaları daxil olmaqlayerli, regional və mərkəzi hökumət təsisatlarına, habelə SEDA-nın hədəf regionlarında kənd yerləri və kənd təsərrüfatının inkişafı, ətraf mühitin mühafizəsi, dövlətvə kommunal evlərin və yerlərin idarə olunması, ictimai və sosial xidmətlər (su, elektrik enerjisi və isitmə, səhiyyə, yaşlılara dəstək, əmək qabiliyyəti olmayan insanlar üçün xidmətlər və s.), təhsil, məşğulluq, eləcə də peşə təhsili, vətəndaşların yerli və regional səviyyədə qərarların qəbulunda vətəndaş iştirakı da daxil olmaqla, vətəndaşların prioritet sosial-iqtisadi məsələlərini həllinə yönəldilmiş vəkillik (advokasi) təşəbbüsləri üçün yaradıcı və yenilikçi layihə təkliflərini təqdim etməyə dəvət edir.

Vətəndaş İştirakı Qrantları (VİQ)əsasənQuba-Xaçmaz Aran regionlarında yerləşən Azərbaycan VCT-lərinə açıqdır. Digər Milli Vətəndaş Cəmiyyəti  Təşkilatların təkliflərinə müstəsna hallarda: (i) həmin təşkilatların Quba-Xaçmaz və Aranda aktiv fəaliyyətdə olan yerli şöbəsi olarsa, və yaxud (ii) həmin təşkilatların bu iki hədəf regionda uğurlu fəaliyyət təcrübəsi varsa, baxıla bilər. ŞQİİ SEDA QHT-ləri, xüsusən, kiçik QHT-ləri birgə güclü təkliflər verə biləcək koalisiya (birlik) və şəbəkələr yaratmağa həvəsləndirir.

Vətəndaş İştirakı Qrantları üçün təkliflərə aşağıdakıhallarda üstünlük verəcək:

  • QHT-lər, hökumət, media və vətəndaşlar arasında əməkdaşlığın artırılmasına gətirib çıxaran vəkillik təşəbbüsləri təklif etsin;
  • Müvafiq məsələlərin ictimaiyyət tərəfindən  geniş şəkildə anlaşılması və onların həllində iştiraklarınıtəmin etmək məqsədilə ictimai yayım fəaliyyətlərini də təklif etsin.

ŞQİİ SEDA qrant icrası ərzində qrant alan QHT-lər və ya koalisiyaların  təşkilati, vəkillik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün onlara dəstək verəcək.

VİQ qrantının məbləği:  7 000- 15 000 ABŞ dolları.
Layihənin müddəti: 1 ilə qədər.
İzahat almaq üçün son tarix:13aprel2012-ci il saat 16:30.
VİQ müraciəti üçün son tarix: bazar ertəsi, 30aprel 2012-ci il saat 16:30.

Müraciətlər ingilis dilində təqdim olunmalıdır.

VİQ proqramı üçün ərizə formaları və əlavə məlumatları: (i) grants@ewmi-seda.orgelektron poçt ünvanına elektron müraciət məktubu göndərməklə, (ii) Bakı şəhəri, 28 may küçəsi 4, mənzil 2 ünvanında yerləşən ŞQİİ SEDA ofisindən iş saatları ərzində əldə etmək olar.