AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Bakı kəndlərinə məxsus 4 ədəd avtomobil, Gəncə kəndlərinə məxsus 2 ədəd avtomobil, eyni zamanda təşkilata məxsus 2 ədəd mənzil və 1 ədəd yaşayış binası qiymətləndirilməyə təqdim olunur. (SOS)

 Duration: 28.11.2022 - 06.12.2022


 

TEXNİKİ TAPŞIRIQ

                                                                                                            Bakı, Azərbaycan




Təşkilat haqqında

 

“SOS Uşaq Kəndləri Azərbaycan”ın missiyası valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. Ailələri bir arada saxlamaq, ehtiyac olduqda alternativ qayğı göstərmək, müstəqillik yolundakı gəncləri dəstəkləmək və uşaq hüquqlarını müdafiə etmək üçün çalışır. Donorlar, tərəfdaşlar, icmalar və hökumətlərlə birlikdə daha parlaq bir gələcəyin təməlini qoyur.

 “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ictimai birliyi əsası 1949-cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş “SOS Kinderdorf İnternational” humanitar təşkilatının bir üzvüdür. “SOS Kinderdorf İnternational” humanitar təşkilatı BMT-nin Uşaq Hüquqları Konvensiyasından irəli gələn müddəalara dayanaraq özünün Hər uşağa sevgi dolu bir ev… təşəbbüsünü icra etməkdədir. “SOS Kinderdorf İnternational” təşkilatının nümayəndəlikləri dünyanın 134 ölkəsində fəaliyyət göstərir. 

 

Görüləcək işin təsviri

 

İdarə Heyətinin qərarı ilə satılmasının təşkili təsdiqlənmiş “SOS Uşaq Kəndləri Azərbaycan”ın ehtiyacları üçün alınmış Bakı kəndlərinə məxsus 4 ədəd avtomobil, Gəncə kəndlərinə məxsus 2 ədəd avtomobil, eyni zamanda təşkilata məxsus 2 ədəd mənzil və 1 ədəd yaşayış binası qiymətləndirilməyə təqdim olunur. 

 

DAŞINMAZ ƏMLAK

 

Növü

Ünvanı

Sahəsi

Mənzil

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 9, mənzil 230


154.5 kv.m

Mənzil

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 9, mənzil 231

172.7 kv.m


Fərdi yaşayış evi


Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 16/1

9 otaq 241.8 kv.m və

0.025 ha torpaq sahəsi



Avtomobillər

 

Sahibkar

Modeli

Buraxılış ili

Yürüş

Xətai filialı

"Nissan Urvan" H018155

2008

232339

Xətai filialı

"Nissan Urvan" 90PN406

2000

229689

Xətai filialı

"Nissan Sunny" H011766

2004

301476

Xətai filialı

"Nissan Sunny" H012981

2005

326574

Gəncə filialı 

Nissan Urvan H017819

2008

250214

Gəncə filialı 

Ford Explorer 10 PJ 849

ianə olunmuş

396990

 

Şirkət qiymətləndirmə xidmətinin həyata keçirilməsi üçün, sifarişçi təşkilatla müqavilə

imzalandığı gündən sonra 10 (on) iş günü ərzində aşağıda qeyd olunan icra qrafikinə

uyğun olaraq işlərin icrasına başlayacaq:



Tələb olunan məlumat toplusu aşağıdakıdır:

  • Qiymətləndirilən əmlakların siyahısı;
  • Əmlakların texniki parametrləri haqqında məlumat;
  • Əmlakların fiziki göstəriciləri haqqında məlumat.







Yerləşdiyi ərazi

 

Xətai filialı

Bakı SOS Uşaq Kəndi

Ünvan: Sadiqcan küç.27A

 

Gəncə filialı

Gəncə Uşaq Kəndi

Ünvan Əhməd Cəmil, 189



Şərtlər 

 

Ödəniş tərəflər arasında bağlanılan Müqavilə əsasında sifarişçi tərəfindən ödəniş sənədləri təqdim edildikdən sonra manatla köçürmə yolu ilə 10 (on) bank günü ərzində həyata keçirilir. Bağlanılan müqaviləyə ilə nəzərdə tutulmayan digər ödənişlər SOS Uşaq Kəndləri Azərbaycan tərəfindən ödənilmir və bu cür ödənişlərin ödənilməməsinin ödəniş olunacaq şirkət tərəfindən tələb edilməsinə yol verilmir. Tərəflərdən biri öz hüquqi ünvanında və bank rekvizitlərində dəyişiklik etdikdə bu barədə digər tərəfə dərhal yazılı xəbərdarlıq etməlidir. 

Sifarişçinin və Qiymətləndiricinin öhdəliklərində olan məsələlər tərəflər arasında bağlanan Müqavilədə qeyd olunur. 

Təqdim olunan məlumatlar əsasında qiymətləndirmə ilə əlaqədar təkliflər qapalı zərfdə 06 dekabr 2022-ci il tarixi saat 12:00-a qədər Nizami küçəsi, 137, mənzil 22 ünvanına çatdırılsın. 







For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS