AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Əlillik sahəsində fəaliyyət göstərən ictimai birliklərin təşkilatların nəzərinə! (UDPO)

 Duration: 15.04.2023 - 25.04.2023


ELAN

Əlillik sahəsində fəaliyyət göstərən ictimai birliklərin təşkilatların nəzərinə!

Layihəsi üzrə təlimlərdə iştirak üçün müraciət formasını YÜKLƏ

Əlil Təşkilatları İttifaqı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin icrasına başlayıb.

 

Layihənin əsas məqsədi əlillik sahəsində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələrinə alternativ hesabatların hazırlanması bacarıqlarının öyrədilməsi və artırılmasıdır.

Layihədə əlillik sahəsində fəaliyyət göstərən 15 yerli təşkilatdan (ƏTİ-nin üzvü olan və olmayan) hər təşkilatdan 2 nəfər olmaqla 30 nümayəndənin iştirak etməsi nəzərdə tutulmuşdur. Bu elan əsasında müraciət etmiş təşkilatlardan 15-i seçiləcək. Seçim meyarları fəaliyyət sahələrinin müxtəlifliyi, layihə fəaliyyətlərində iştirak etmək üçün heyətin mövcudluğu, layihəyə marağın aydın ifadə olunması, nəzərdə tutulan fəaliyyətlərdə davamlı iştirakın dəstəklənməsi, oxşar fəaliyyətlərdə təcrübə və digər meyarlar olacaq.

Nümayəndələr 2 qrupa bölünəcək və onlara təcrübəli təlimçilər tərəfindən təlimlər keçiriləcək. Təlimlər may-iyun aylarında 4 həftə müddətində, həftədə 2 gün (həftənin 5-ci və 6-cı günləri), gündə 6 saat olmaqla (cəmi 48 saat) keçiriləcəkdir. Təlimlər Bakı şəhərində və yaxın regionların birində keçiriləcək.

Təlimlər aşağıdakı mövzuları əhatə edəcək: 

  1. Beynəlxalq konvesiyalar üzrə alternativ hesabatların hazırlanması, göndərilməsi və təqdim edilməsi prosesi və prosedurları, 
  2. Monitorinq aparılması, məlumatların toplanması metodologiyası və praktiki cəhətləri, 
  3. BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyası (ƏŞHHK) və əlilliyi olan şəxslərin hüquqları ilə bağlı müddəalara malik olan digər konvensiyaların tələbləri, 
  4. Azərbaycan Hökuməti tərəfindən təqdim olunan hesabatlar, 
  5. BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə tövsiyələri, 
  6. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və ƏŞHHK maddələri arasında uyğunluqlar, 
  7. digər mövzular. 

    Təlimlərdə davamlı tam iştirak vacibdir. İştirakçılara sertifikatlar veriləcəkdir. Təlimlərdən sonra seçiləcək ən azı 5 (beş) təşkilatın nümayəndələri ilə alternativ hesabatların hazırlanması prosesinə başlanacaqdır. Bu hesabatlar BMT-yə təqdim olunacaqdır.

5 (beş) təşkilatın  beynəlxalq tədbirlərdə iştirak üçün BMT-də akreditasiya olunmasına dəstək veriləcəkdir.

Təlimlərdə iştirak etmək üçün əlavədə olan müraciət formasını dolduraraq 25 aprel 2023-cü il tarixə kimi davudrehimli@gmail.com email ünvanına göndərməyiniz xahiş olunur. Əlavə suallarınız olarsa 012 434 93 29 və 050 371 03 02 telefon nömrələrinə zəng etməyinizi xahiş edirik. Emailin ad (başlıq) hissəsində  “OHCHR UDPO” qeyd etməyinizi xahiş edirik. Təlimlərin qrafiki və keçiriəgəyi yer barədə seçilmiş təşkilatlara məlumat göndəriləcəkdir.





For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS