AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - TENDER [ Sabirabad rayonunun Qaraqasli kendinde icmadaxili yolun temiri ] (EWMI)

 Duration: 29.03.2013 - 16.04.2013

 

Şərq-Qərb İdarəçilik İnstitutu, Inc. /Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri

Tender üçün Müraciət (TüM)

Buraxılış tarixi: 29 mart 2013
Şərq-Qərb İdarəçilik İnstitutu, Inc. Azərbaycanda həyata keçirdiyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən, beş illik Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri layihəsi çərçivəsində “Sabirabad rayonunun Qaraqaşlı kəndində icmadaxili yolun təmiri” (İcma daxilində 500 m uzunluğunda yol hissəsinə 5 sm qalınlığında asfalt qatının döşənməsi) İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

İş və materialların təsviri, həmçinin “Sabirabad rayonunun Qaraqaşlı kəndində icmadaxili yolun təmiri” layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A: Tender İştirakçıları üçün Təlimatlar
Qoşma B: Təqdimat məktubu
Qoşma C: Qiymət təklifləri üçün nəzərdə tutulan material və əməyin hesablanmış miqdarı ilə təsviri
Qoşma D: Sabirabad rayonunun Qaraqaşlı kəndində asfaltlanacaq yolun sxemi

(Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəçilik İnstitutunun AZ 1095, 28 may küçəsi 4/2 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.

Qiymət təklifinin təqdim olunması:
Təkliflər iki nüsxədə (əsas və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Əsas” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün  Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.

Tender iştirakçılarından xahiş olunur ki, “Tender iştirakçıları üçün təlimatlara” (Qoşma A) xüsusi diqqət versinlər və orada qeyd edilmiş tələb olunan sənədləri təqdim etsinlər. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 12 aprel, 2013-cü il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

EWMI/SEDA
28 may küçəsi, 4/2
Bakı, AZ1095
Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:
EWMI/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.
Telefon, electron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim  olunan təkliflər nəzərə alınmayacaq.

Təmir/tikinti sahəsinə səfər:
Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).

Qiymət təklifi zərflərinin açılışı:
Qiymət təklifi zərflərinin açılışı 16 aprel 2013-cü il tarixdə saat 11:00-da EWMI/SEDA-nın Bakı Ofisində yuxarıda qeyd olunmuş ünvanda keçiriləcək. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Təkliflərə Baxış Komitəsi
Əlaqə telefonu: (012) 493 9453



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS