AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Yuksek Ixtisasli Muellimler (EAS)

 Duration: 19.08.2015 - 30.08.2015

İşəgötürən:

İşin adı:

Son müraciət tarixi:

Avropa Azərbaycan Məktəbi

Yüksək ixtisaslı müəllimlər

30 avqust 2015-ci il

İşin təsviri:
Bakıda fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbi (EAS) aşağıdakı fənnlər üzrə yüksək ixtisaslı müəllimləri müsabiqə yolu ilə işə qəbul edir:

Orta məktəb üzrə:

  • Fizika
  • Azərbaycan dili və ədəbiyyatı
  • Musiqi
  • Rus dili
  • Rəsm müəllimi

İbtidai məktəb üzrə:

  • Ingilis dili

2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunmuş Avropa Azərbaycan Məktəbində təlim iki dildə - Azərbaycan və iniglis dillərində aparılır. Avropa Azərbaycan Məktəbində tədris həm Azərbaycan Milli Kurrikulumunu, həm də IB (Beynəlxalq Bakalavriat) proqramını özundə birləşdirən inteqrativ kurrikulum əsasında aparılır.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (magistr dərəcəsi olan namizədlərə üstünlük verilir);
  •  
  • Ən azı iki il müəllimlik təcrübəsi;
  •  
  • MS Office, Excel və Power Point kimi standart kompüter proqramlarından mükəmməl istifadə bacarıqları və bilikləri;
  •  
  • İnteraktiv təlim və tədris metodlarını tətbiq etmək bacarıqları;
  •  
  • İngilis dili biliyi olan namizədlərə üstünlük veriləcək

CV-lər namizədin iş təcrübəsinə və göstərilən tələblərə uyğunluğu əsasında seçiləcəkdir.
İlkin mərhələdə uğurlu namizədlərin aşağıdakı sahələr üzrə bilik və kompetensiyaları müəyyən ediləcəkdir:

  • Tədris etdiyi fənn və ingilis (rus) dili üzrə test;
  • Kompüter bacarıqları üzrə test.

İkinci mərhəldə uğurlu namizədlər pedaqoji esse yazacaq. İkinci mərhələni müvəffəqiyyətlə keçmiş namizədlərin müasir təlim metodları və texnologiyaları üzrə bacarıqları onların məktəbdə dərs nümayiş etdirməsi əsasında müəyyən ediləcəkdir.

MÜRACİƏT QAYDALARI 

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən
CV-ni recruitment.baku@yahoo.com elektron poçtuna göndərməlidir. Elektron poçta göndərdiyiniz müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur. Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 30 avqust 2015-ci ildir



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS