AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Sosial media üzrə mütəxəssislər əməkdaşlığa dəvət olunur (EPF)

 Duration: 31.05.2019 - 07.06.2019


Sosial media üzrə mütəxəssislər əməkdaşlığa dəvət olunur

Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin  birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihə çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq üçün regionda vətəndaş cəmiyyəti təşkilatlarımın bilik və bacarıqlarının artırılmasını üzrə fəaliyyətləri həyata keçirir. Bu istiqamətdə kiçik miqyaslı təşəbbüslərə və tədqiqat işinin aparılmasına dəstək verilməsi nəzərdə tutulub.

Həyata keçiriləcək fəaliyyətlərdən biri isə sosial media üzrə ekspert tərəfindən ToT üçün kurikulum hazırlanması və təlimlərin keçirilməsidir.

Bu məqsədlə DataHub MMC aşağıdakı işlərin icrası üçün sosial media üzrə təlimçi ekspert axtarır.

Öhdəliklər:

  1. Sosial media səhifələrinin yaradılması və idarəedilməsi, sosial media üzərindən kampaniyaların aparılması və sosial media marketinqi mövzularında təlim üçün kurikulum hazırlanması
  2. Kurrikulum hazırlanması zamanı Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi və BMT-nin İnkişaf Proqramı daha öncə hazırladığı materiallardan (Məs.: manual, online kurslar, tədris planı və s.) faydalanmaq.
  3. Quba-Xaçmaz, Mingəçevir və Şirvan rayonlarında yerli gənclər üçün təlimlərin keçirilməsi



Məhsul:

  1. Məhsul 1. Kurrikulum hazırlanması - Sosial media səhifələrinin yaradılması və idarəedilməsi, sosial media üzərindən kampaniyaların aparılması və sosial media marketinqi mövzularında təlim üçün kurikulum hazırlanması
  2. Məhsul 2. Seminarların keçirilməsi -  Quba-Xaçmaz, Mingəçevir və Şirvan rayonlarında yaşayan gənclər üçün hazırlanmış kurrikulum əsasında ToT təlimlərinin keçirilməsi

 

İcra müddətləri

Məhsul 1. ToT üçün kurrikulum hazırlanması

10 iyun 2019 – 30 iyun 2019

Məhsul 2. Təlimlərin keçirilməsi

01 iyul 2019 – 31 iyul 2019

 

Namizədə tələblər:

  • Ali təhsil
  • Sosial media idarəedilməsi və ya marketinqi üzrə ən az 3 il iş təcrübəsi
  • Sosial media idarəedilməsi mövzusunda kurrikulum hazırlanmaq üzrə 3 il iş təcrübəsi
  • Təlim aparmaq və bu sahədə 3 il təcrübəyə malik olmaq
  • Azərbaycan dilində səlis danışıq və təqdimat etmək bacarığı

 

Müraciət qaydası

Əməkdaşlıq etməkdə maraqlı olan namizədlərdən tərcümeyi – hal və istək məktubunu info@epfound.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 07 iyun 2019-cu il, saat 18:00-dək.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS