AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Aqronom-məsləhətçi (yerli mütəxəssis) (RUQFRUKT)

 Duration: 04.09.2018 - 01.10.2018

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ NƏZDİNDƏ KƏND TƏSƏRRÜFATI LAYİHƏLƏRİ VƏ KREDİTLƏRİNİN  İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT XİDMƏTİ 

KƏND TƏSƏRRÜFATINDA RƏQABƏTQABİLİYYƏTİNİN GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ

ELAN

YÜKLƏ [ TEXNİKİ TAPŞIRIQ ]

Azərbaycan Hökuməti və Dünya Bankı Azərbaycanda Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsini (KTRQGL) icra edir. “Agrobiznes dəyər zəncirində  biznesin inkişafına dəstək” Layihənin komponentlərindən biridir. Layihənin ümumi məqsədi sanitar və fitosanitar xidmətlərin gucləndirilməsi sayəsində kənd təssərrüfatı məhsullarının bazarlara çıxışını, seçilmiş dəyər zəncirlərinin dəstəklənməsi, agrobizneslə məşğul olan müəssisələrə maliyyə xidmətlərinin  göstərilməsini təmin etməkdir. Layihə bundan başqa agrobiznes/qida emalı,  istehsalını maliyyə vəsaiti ilə təmin etməklə texnologiyaların yaxşılaşdırılması sayəsində məhsuldarlığın artırılması,  bitki mühafizəsi və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi və müasirləşdirilməsini təbliğ edəcək. Layihə həmçinin kənd təsərrüfatı məhsullarının marketinq zəncirində əsas məhdudiyyətlər və müdaxilələrə hədəflənmiş fəaliyyətləri icra etməklə bir sıra seçilmiş yüksək dəyər zəncirlərinin inkişafına yardım  edəcək. Nəhayət, Layihə dövlət və özəl sektorda qida təhlükəsizliyini diqqət mərkəzində saxlayaraq qabiliyyətlərin inkişafı proqramını dəstəkləyəcək.

 

Bu məqsədlə “FUQFRUKT” MMC üçün çiyələyin becərilməsi üzrə Cəlilabad rayonunda çiyələk becərilməsi ilə məşğul olan fermerlərə məsləhətlərin verilməsi  üçün yerli Aqronom-məsləhətçi vəzifəsinə işçi tələb olunduğunu elan edir.

Məsləhətçi Dünya Bankı Borcalanları tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə Götürülməsinə dair Qaydaların Fərdi Məsləhətçilərin seçilməsinə dair bölməsinə uyğun olaraq seçiləcəkdir.

Aqronom-məsləhətçi (yerli mütəxəssis)

İxtisaslı aqronomlar Cəlilabad rayonunda çiyələyin müasir üsullarla istehsalı və emalı dəyər zənciri, eləcə də əkin sahələrinin idarə edilməsi və dəstəyin verilməsi, (əkin sahələrinin  planlaşdırılması, torpağın hazırlanması,  məhsulun keyfiyyətinə nəzarət və s.), zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin görülməsi, torpaq analizinin aparılması və istehsal səviyyəsində digər qabaqcıl aqrotexniki qaydaların tətbiq edilməsi kimi sahələrdə məsləhətçi qismində və eyni zamanda belə təlimlərdə iştirak etməlidir. Uğurlu namizədlər təlimlərdə iştirak edəcək kənd təsərrüfatı məhsulları istehsalçılarını müəyyən etməli, nümunəvi təsərrüfatlarda görüləcək sahə işlərini təşkil və idarə etməli, eləcə də KTRQGL-nin heyəti tərəfindən müəyyən edilmiş təlim materiallarını və hesabatlarını hazırlamalıdır. Bu namizədlər həmçinin nümunəvi təsərrüfatın bütün fəaliyyət aspektlərinə (benefisiarlarla qurulmuş əlaqələrin idarə edilməsi, istehsal vasitələrinin mənbəyinin müəyyən edilməsi), Zərərvericilərə Qarşı Kompleks Mübarizə Tədbirləri proqramının əlaqələndirilməsinə, Düyünün emalı dəyər zəncirinin idarə edilməsi ilə bağlı məlumatların toplanmasına, o cümlədən məhsulun qorunması ilə bağlı məsləhətlərin verilməsinə, cari aqrotexniki qaydalar və kənd təsərrüfatı üzrə dövlət proqramları ilə bağlı ən son məlumatların əldə edilməsinə məsuliyyət daşıyacaq.

Müddət: 20 ay ərzində 30 iş günü. Başlanma tarixi: Oktyabr 2018-ci il

İcra yeri: Azərbaycan Cəlilabad  rayonu Göytəpə, Pribyu ,

Svetlaya Zarya, Naftaluq kəndləri.

 

İxtisas tələbləri:

 

Ərizəçilər ən azı aşağıdakı ixtisas göstəricilərinə və bacarıqlara malik olmalıdır: 

  • Kənd təsərrüfatı sahəsində  ali təhsilə malik olmalıdır;
  • Çiyələyin becərilməsi üzrə biliklərə,  çiyələk  sortları haqqında  geniş məlumatlara və 3 il iş təcrübəsinə malik olmalıdır;
  • Şiyələyin becərilməsi üzrə fərdi və fermer qruplarına məsləhət xidməti göstərmək üzrə praktik təcrübəyə malik olmalıdır;
  • Müvafiq  texnikaların və alətlərinin istifadəsi üzrə biliklərə malik olmalıdır;
  • Zərərverici və xəstəliklərə qarşı  risklərin təhlili və nəzarət etmə, düzgün diaqnoz qoymaq bacarığı olmalıdır;
  • Torpaq analizlərinin təhlili, torpağın gübrəyə, mikroelementlərə olan təlabatını müəyyən etmək bacarığı olmalıdır;
  • Suvarma suyuna olan təlabatı müəyyənləşdirmək və müasir suvarma texnologiyalarının istifadə qaydalarını bilmək bacarığına malik olmalıdır.
  • Kompyuter bilik və bacarıqları olmalıdır.
  • Azərbaycan bilini bilməlidir.

Son müraciət tarixi:

 

Ərizəçilər öz tərcümeyi-hallarını, diplomun və müvafiq akademik arayışların surətini 1 oktyabr 2018-ci il tarixədək, yerli Bakı vaxtı ilə saat 16:00 –dan gec olmayaraq aşağıdakı elektron ünvana göndərməlidirlər:

office@grmm.az 

Tələb olunan sənədlər:

 

  1. Tərcümeyi-hal/CV, diplomun və müvafiq akademik arayışların surəti;
  2. Xahiş olunur, elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifəni göstərin.

Əlaqələndirici şəxs:

Əlavə məlumat həftənin beş iş günü saat 09:00-dan 18:00-dək olmaqla aşağıdakı email ünvanı və ya telefon nömrələri vasitəsilə əldə oluna bilər.

Sədaqət Qəhrəmanova, Satınalmalar üzrə mütəxəssis.

Azərbaycan Respublikası Gəncə şəhəri Atatürk prospekti-258

Tel: (+99422) 256 2028; (+99455) 820 7120

Fax: (+99422) 256 5901

E-poçt: office@grmm.az

 

 


For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS