AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Şirkət İnsan Resursları Adminstrasiyası üzrə mütəxəssis (Avromed)

 Duration: 18.04.2019 - 20.05.2019

 


İş Elanı

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət İnsan Resursları Adminstrasiyası üzrə mütəxəssis vəzifəsinə təcrübəli işçi dəvət edir.


İnsan Resursları üzrə mütəxəssis:

    • İşçilərin şəxsi işlərini hazırlayır, müvafiq dəyişiklikləri qeyd edir və arxivləşdirilməsini həyata keçirir; 

    • işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;

    • Əmək müqavilələrini hazırlayır və tərəflərin arasında imzalanmasına nəzarət edir;

    • Əməkdaşların Sosial Sığorta Şəhadətnamələri ilə təmin olunmasını həyata keçirir;

    • Əmək kitabçalarını doldurur, hesaba alır və mühafizə edir;

    • İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir; 

    • məzuniyyətlərin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;

    • Kadr əmrlərini hazırlayır; 

    • Sənədlərin Kadr Bazasında operativ qeydiyyatını aparır; 

    • Müvafiq  hesabatları tərtib edir.


Tələblər:

Ali təhsil;

Müvafiq sahədə iş təcrübəsi

Əmək Məcəlləsi və Qanunvericiliyə uyğun işləmək bacarığı

Ünsiyyət qurmaq bacarığı

Dəqiq və diqqətli olmaq

İnsanlarla işləmək bacarığı


Azərbaycan dilini əla bilmək vacibdir.

Rus və İngilis dilləri arzu olunandır.



Maraqlananlar CV-lərini “vacancy@avromed.az” elektron ünvanına  20.05.2019-cu il tarixinədək göndərə bilərlər.

Elektron məktubun mövzu (subject, тема) hissəsində “İR Adminstrasiyası” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.




For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS