AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Sosial Pedaqoq (SOS)

 Duration: 15.05.2019 - 30.05.2019

 

 

 

İŞ ELANI

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə SOS Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi Xətai rayon Filialının

qızlar üçün Kiçik Qrup Evi layihəsinə Sosial Pedaqoq  vəzifəsinə iş elanı verir:

 

İşin təsviri

  • Gənclərə, təhsil seçimi və peşə istiqamətləndirməsi sahəsində dəstək
  • Gənclər üçün iş yerlərinin tapılmasında dəstək
  • Uşaqların və gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması
  • Uşaq və gənclərin asudə vaxtlarının təşkili
  • Praktik həyati səriştələrin inkişaf edilməsi
  • Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi

 

Mütləq meyarlar

  • Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali və ya orta ixtisas təhsil
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi
  • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
  • Sosial və təşkilati bacarıqlar
  • Komandada işləmək istəyi və bacarığı
  • Uşaq hüquqları və onların müdafiəsi haqda məlumatlılıq
  • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir)

 

Əlavə meyarlar

  • Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
  • Dözümlülük, çeviklik
  • Stress və böhranın idarə edilməsi bacarığı
  • İlk tibbi yardım göstərmək bacarığı

 

İş şəraiti

  • Tam məşğulluq
  • Ərazi – Bakı şəhəri (Əhmədli qəsəbəsi)
  • Əmək haqqı –  300 AZN (vergilər daxil)
  • Növbəli iş qrafiki (üç gündən bir gecə növbəsinə qalmaq imkanı)

 

Tələblərə uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır). Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: cv@sos-az.org

 

Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Sosial Pedaqoq " qeyd edəsiniz.  

CV-lərin son göndərilmə tarixi: 30 May 2019-cu ildir.

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS