AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Gəncə şəhər Filialı/Tərbiyəçi Ana (SOS)

 Duration: 11.02.2020 - 24.02.2020

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə Şəhər filialına

TƏRBİYƏÇİ ANA

vəzifəsinə iş elanı verir:

Tərbiyəçi ana (SOS ANA) SOS Uşaq Kəndlərinin Ailə Tipli Qayğı layihəsinin/SOS ailəsinin aparıcı qüvvəsi, lideridir. Eyni zamanda o, ailə mühitində uşağa qayğı və təhsil səriştələrinə malik təlim-tərbiyə üzrə uşaq inkişafı mütəxəssisidir. Tərbiyəçi ana təşkilatın baxış, missiya və dəyərləri, həmçinin standartları çərçivəsində, uşaq hüquqlarının qorunmasını təmin edərək bacı və qardaş kimi böyüyən uşaqlarla birgə ailə yaradır, uşaqların ehtiyaclarının qarşılanması üçün Uşaq Kəndi Proqramının digər işçiləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. O, himayəsindəki hər bir uşağın emosional və mənəvi inkişafını, həmçinin fiziki rifahını təmin edir. SOS ana uşağın sosial bacarıqlarının, intellektual və təhsil səviyyəsinin inkişafına məsuldur.

PROFİLİNİZ:

 

  • Subay; 
  • 32-45 yaş arası yaş həddi;
  • Orta ixtisas təhsili. Pedaqoji, psixoloji və sosial sahələr üzrə ali təhsilli namizədlərə üstünlük verilir;
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi. Dayə, müəllimə, tərbiyəçi və tibb bacısı kimi vəzifələr üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir:
  • SOS Uşaq Kəndində uzun müddət (10-12 il) yaşamağa hazır olmaq (ən azından himayəsində olan uşaqlar müstəqil həyat proqramına keçənə qədər);
  • Professional təlim prosesi və davamlı inkişaf yolu ilə lazımi bilik və bacarıqlar əldə etməyə hazır olmaq;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Stressin və konfliktin idarə edilməsi qabiliyyəti;
  • Sosial və təşkilati bacarıqlar;
  • Komandada işləmək istəyi və bacarığı;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Ölkədəki təhsil və sosial iş/sistem haqqında məlumatlılıq;
  • Peşəyönümlü əlavə bacarıqlar (müvaqfiq təlim və seminarlarda iştirak);
  • Azərbaycan dili biliyi (Rus dili biliyi olan namizədlərə üstünlük verilir).



VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

 

  • Uşaq və yeniyetmənin potensial və ehtiyaclarını müəyyən edərək, tam inkişafını təmin etmək;
  • Uşaq və yeniyetmənin fiziki və mənəvi rifahını təmin etmək;
  • Uşaq və yeniyetmənin Fərdi İnkişaf Planlarının hazırlanması;
  • Uşaq və yeniyetmənin təhsilinə dəstək;
  • Uşaq və yeniyetmənin asudə vaxtının təşkili;
  • Praktik həyati səriştələrin inkişaf etdirilməsi;
  • Ailə büdcəsi və resurslarından səmərəli və məsuliyyətli istifadə etmək;
  • Himayəsində olan uşaq və yeniyetmələrin bioloji ailələri ilə əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək.

 

İŞ ŞƏRTLƏRİ:

  • Ərazi – Gəncə şəhəri;
  • 550 AZN (vergilər daxil) əmək haqqı;
  • Həftədə 1 gün istirahət;
  • 42 gün əmək məzuniyyəti;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

 

TƏKLİFİMİZ:

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 24 Fevral 2020-ci il tarixədək “Gəncə şəhər Filialı/Tərbiyəçi Ana” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik. 

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS