AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Təmir-Tikinti üzrə Mühəndis (LGA Public Union)

 Duration: 10.03.2020 - 17.03.2020

 

İş Elanı/BVET

 

 

 

Vəzifə:

Təmir-Tikinti üzrə Mühəndis

 

 

Ərazi:

Bakı, Bərdə

 

 

Müraciət üçün son tarix:

17.03.2020

 

 

Müqavilə növü:

Əmək müqaviləsi

 

 

Müqavilənin vaxtı:

16 ay

 

 

Haqqında

«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökumətinin elan etdiyi iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır.

YİY layihənin icrasını AR Təhsil İnstitutu, AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyanın əsas peşə məktəblərindən biri olan Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilə yaxından əməkdaşlıq edir.

Layihənin əsas təsiri Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-Tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:

·        BPL-in institusional və idarəetmə sisteminin yaradılması

·        Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq

·        BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək

·        BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək

·        Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək

·        BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması

Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir. Layihə bütün maraqlı tərəflərin, özəl sektorun, dövlət qurumlarının və yerli icmanın cəlb olunmasını təşviq edir.

Layihə bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini BPL ilə paylaşacaq.

 

 

 

Təsvir

Təmir-Tikinti üzrə mühəndis – maddi texniki bazanın yenilənməsi, emalatxana, sinif otaqlarının və aqro-servis mərkəzinin modernləşdirilməsi, onların baxım və inkişaf planlarının hazırlanmasına məsul olacaq. 

 

 

 

Vəzifə və öhdəliklər

Ø  Bərdə Peşə Liseyninin binasında sinif otaqları, emalatxanalarda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar texniki qiymətləndirmə, planlaşdırma və layihələndirmə işlərini əlaqələndirmək;

Ø  Layihədə nəzərdə tutulan tikinti-quraşdırma planının yerinə yetitilməsini təşkil etmək;

Ø  Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarəti həyata keçirmək;

Ø  Təchizatçılar tərəfindən işlərin vaxtında və qənaətbəxş şəkildə təhvil verilməsinə nəzarət etmək, təchizatçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatları yoxlamaq;

Ø  Aylıq hesabatlar hazırlamaq;

Ø  Qurğuların, avadanlıqların və ləvazimatların istismarına və təmirinə nəzarət etmək;

Ø  Təmir-Tikinit işlərindən sonra emalatxanalar, sinif otaqları üçün lazım olan mal-materialların siyahısını və smetasını hazırlamaq;

Ø  Layihə çərçivəsində təmir, tikinti və təchizatla əlaqədar əldə edilmiş işlər, qurğular, avadanlıqların və s. daxilolmalarını uçotunu və əmlakın inventarizasiyasını aparmaq;

Ø  Əsas iş yeri Bakı olmaqla lazım olduqda təmir-tikinti sahəsinə ezamiyyətə getmək.

 

 

 

Tələb olunan təhsil, təcrübə və bacarıq

Ø  İnşaat mühəndisliyi, planlaşdırma, dizayn sahəsində ali təhsil;

Ø  Müvafiq sahə üzrə iş təcrübəsi;

Ø  Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir;

Ø  Qüvvədə olan təmir-tikinti ilə əlaqədar hüquqi normativlərlə tanışlıq;

Ø  Əməyin və ətraf mühitin təhlükəsizliyi qaydaları ilə tanışlıq;

Ø  İşə məhsuliyyətli yanaşmaq;

Ø  Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;

Ø  İngilis və Rus dili bilikləri arzuolunandır;

Ø  Microsoft Office və AutoCAD (Smeta+ , Microsoft Project bilənlərə üstünlük verilir) proqramlarından istifadə edə bilmək.

 

 

 

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini office@lga.az ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Təmir-Tikinti üzrə Mühəndis) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS