AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Təhsil və Təlimin İnkişafı üzrə Mütəxəssis (LGA Public Union)

 Duration: 10.03.2020 - 17.03.2020

 

İş Elanı/BVET

 

 

 

Vəzifə:

Təhsil və Təlimin İnkişafı üzrə Mütəxəssis

 

 

Ərazi:

Bakı və Bərdə

 

 

Müraciət üçün son tarix:

17.03.2020

 

 

Müqavilə növü:

Əmək müqaviləsi

 

 

Müqavilənin vaxtı:

16 ay

 

 

 

Haqqında

«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökuməti tərəfindən elan olunmuş iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır.

YİY layihənin icrasında AR Təhsil İnstitutu, AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyanın əsas peşə məktəblərindən biri olan Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilə yaxından əməkdaşlıq edir.

Layihənin əsas təsiri Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:

·        BPL-in institusional və idarəetmə sisteminin yaradılması

·        Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq

·        BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək

·        BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək

·        Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək

·        BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması

Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir. Layihə bütün maraqlı tərəflərin, xüsusilə özəl sektorun, dövlət qurumlarının və yerli icmanın cəlb olunmasını təşviq edir.

Layihə oxşar fəaliyyətlərin uğurla həyata keçirilməsində tətbiq olunan yaxşı təcrübədən istifadə etmək üçün yerli və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verir. Bu məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi layihəyə cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini həmkardan-həmkara öyrənmə, mübadilə səfəri, məsləhət xidmətləri vasitəsilə BPL ilə paylaşacaq.

 

 

 

Təsvir

Təhsil və Təlim üzrə mütəxəssis – müəllimlərin, təlimçi ustaların və idarə heyətinin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn texniki proqramların, təlimlərin hazırlanması və həyata keçirilməsindən məsul olacaq.

 

 

 

Vəzifə və öhdəlikləri

Ø  Sorğular, müsahibələr, fokus qrup müzakirələri və ya məsləhətləşmələr vasitəsilə BPL administrasiyası, işçi heyəti, təlimçi-ustaların təlim ehtiyaclarının müəyyənləşdirilməsi;

Ø  Layihə tərəfdaşları ilə məsləhətləşmələr yolu ilə Bərdə Peşə Liseyinin heyətinin bilik və bacarıqlarının inkişafı üzrə təlim planının hazırlanması və həyata keçirilməsi;

Ø  Təlim mövzularının müəyyənləşdirilməsi, təlim modullarının və materiallarının hazırlanması ilə bağlı işləri koordinasiya və idarə etmək;

Ø  Bərdə Peşə Liseyi heyəti üçün layihədə nəzərdə tutulan spesifik təlimlərin verilməsi üzrə uyğun dövlət və özəl təhsil-təlim qurumları ilə əlaqələrin qurulması;

Ø  Layihənin təlim fəaliyyələrinə cəlb edilməsi nəzərdə tutulan potensial təlimçi-ekspertlərin seçilməsi/müəyyənləşdirilməsi ilə bağlı layihə rəhbərinə təkliflər hazırlamaq;

Ø  Layihənin təlim fəaliyyətlərinin tələbata uyğunluğu və effektivliyini təmin etmək üçün monitorinqlərin, qiymətləndirmələrin aparılması və təlim hesabatlarının hazırlanması;

Ø  Layihənin təlim fəaliyyətləri üzrə rüblük hesabatlarının hazırlanması və layihə rəhbərinə təqdim olunması;

Ø  Layihə heyəti ilə sıx əməkdaşlıq şəraitində Bərdə Peşə Liseyində yeni tədris proqramlarının tətbiqi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsinə dəstək vermək;

Ø  Ehtiyac yarandıqda regionlara səfər etmək.

 

 

 

Tələb olunan təhsil, təcrübə və bacarıq

Ø  Təhsil, sosial elmlər və ya digər oxşar sahələr üzrə ali təhsil;

Ø  Təhsil/təlim sahəsində inkişaf proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi üzrə müvafiq təcrübə;

Ø  Təqdimat, ünsiyyət və danışıqların aparılması üzrə bacarıqlar;

Ø  Komanda da işləmək bacarığı;

Ø  MS Office (xüsusilə Power point) mükəmməl səviyyədə işləmək bacarığı;

Ø  Azərbaycan dili - mükəmməl;

Ø  İngilis dili - orta/işgüzar səviyyə;

Ø  Rus dili - orta/işgüzar səviyyə.

 

 

 

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini office@lga.az ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Təhsil və Təlimin İnkişafı üzrə Mütəxəssis) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS