AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup evi/Qısa Müddətli Qayğı Layihəsinə  SOSİAL İŞÇİ (SOS)

 Duration: 12.03.2020 - 18.03.2020

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup evi/Qısa Müddətli Qayğı Layihəsinə 

 

SOSİAL İŞÇİ

 

vəzifəsinə iş elanı verir:

Sosial işçi Kiçik Qrup Evi və Qısa Müddətli Qayğı Layihəsi çərçivəsində qayğı görən uşaqlarla sosial işin təşkilini həyata keçirir.

 

PROFİLİNİZ:




  • Sosial iş sahəsində ali təhsil;
  • Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq; 
  • Peşəyönümü əlavə təhsil (təlim, seminarlar);
  • Sosial və təşkilati bacarıqlar;
  • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti;
  • Fərdi və komandada işləmək istəyi və bacarığı;
  • Stress altında işləmək bacarığı;
  • Kompüter  biliyi (MS Office);

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

 

  • Hədəf qrupundan olan uşaqların və ailələrin ilkin qiymətləndirilməsi;
  • Hədəf qrupundan olan uşağın KQE və QMQL-ə qəbul prosesini dəstəkləmək;
  • Uşaq Kəndində yaşayan uşaqların ildə bir dəfə olmaq şərti ilə Əsaslı qiymətləndirilməsini aparmaq və Fərdi İnkişaf Planı tərtib etmək;
  • Fərdi İnkişaf Planında nəzərdə tutulmuş xidmətlərin həyata keçirməsinə dəstək olmaq və daimi nəzarət etmək;
  • Keyslərə baxış prosesini həyata keçirmək;
  • Mümkün olduğu halda uşaqların bioloji ailələrinə qaytarılmasını təmin etmək;
  • Bioloji ailəsinə qaytarılmış uşaqların 1 il ərzində monitorinqini aparmaq.



İŞ ŞƏRTLƏRİ:

 

  • Ərazi – Gəncə şəhəri;
  • 400-450 AZN (vergilər daxil) əmək haqqı;
  • Həftədə 2 gün istirahət;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

 

TƏKLİFİMİZ:

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 18 Mart 2020-ci il tarixədək “Gəncə GQM/QMQL/Sosial İşçi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

 

Əlaqə nömrəsi: 055 227 47 25

 

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS