AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Gəncə Şəhər filialına Gənclərə Qayğı layihəsinə LİDER  (SOS)

 Duration: 18.05.2020 - 31.05.2020

 



“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə Şəhər filialına Gənclərə Qayğı layihəsinə


LİDER 


   vəzifəsinə iş elanı verir:


Gənclərə Qayğı (oğlanlar üçün) Layihəsi gənclərin müstəqil həyata hazırlanmaları üçün lazımi bacarıqların inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Gənclərə Qayğı liderinin əsas vəzifəsi layihəyə keçid mərhələsində olan gənclərin hazırlanması, layihədə qayğı görən benefisiarların fərdi inkişafının dəstəklənməsi, effektiv komandanın yaradılması, Gənclər Evinin idarə edilməsidir.


PROFİLİNİZ:


  • Yaş həddi: 25 yaşdan yuxarı

  • Pedaqoqika, psixologiya və ya sosial iş sahəsində ali təhsil

  • İnkişaf psixologiyası, pedaqogikası, ailə terapiyası kimi psixo-pedaqoji sahələrdə əlavə təhsil

  • Uşaq və ya gənclərlə  bağlı müəssisələrdə, QHT-də ən azı 3 illik iş təcrübəsi

  • Liderlik, layihələrin idarə edilməsi bacarığı

  • Nəzarət və qiymətləndirmə bacarığı

  • Ünsiyyət bacarığı

  • Büdcə idarəetmə bacarığı

  • Təşkilatçılıq və planlaşdırma bacarığı 

  • Stressli halların və münaqişələrin idarə edilməsi bacarığı

  • Sosial, təhsil, karyera sahələrinin və gənclərlə bağlı digər proqramların idarəedilməsi bacarığı 

  • Təhsil və sosial təminat sistemi, uşaq hüquqları barədə məlumatlılıq 

  • Həyata və işə pozitiv münasibət 

  • SOS Uşaq kəndlərinin fəaliyyəti barədə məlumatlılıq 

  • Minimum orta müddətli (3-5 il) öhdəliyə hazır olmaq 

  • Azərbaycan dili biliyi (ingilis dili, rus dilini biliyi üstünlükdür)

  • Kompüter biliyi (MS Office) 



VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:


  • Layihənin ümumi idaredilməsi (inzibati və maliyyə işi, layihə büdcəsinin hazırlanması)

  • Layihənin işçi heyətinin idarə edilməsi, onların inkişafına və dəstəklənməsi

  • Layihədə qayğı görən gənclər üçün psixo-pedaqoji bələdçiliyin ümumi idarəedilməsi

  • Layihə çərçivəsində keys menecment prosedurunun aparılması  

  • Qayğıda olan hər bir gəncə praktiki həyat və sosial qabiliyyətlərinin inkişafında dəstək göstərmək

  • Qayğıda olan hər bir gəncin fərdi inkişaf planının olmasını təmin etmək

  • Hər bir gəncin fərdi inkişaf planı əsasında hərtərəfli inkişaf etməsinə nəzarət etmək

  • Qayğıda olan gənclərin təhsil aldıqları təhsil müəssisələri və iş yerləri ilə əməkdaşlıq münasibətləri qurmaq

  • Bioloji ailə/qohumlarla, Uşaq Kəndi Proqramı ilə əlaqə saxlamaq

  • Yarımmüstəqil həyat proqramının idarə edilməsi və ona rəhbərlik



İŞ ŞƏRTLƏRİ:


  • Ərazi – Gəncə şəhəri

  • 700 AZN (vergilər daxil) əmək haqqı

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı


TƏKLİFİMİZ:


“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 31 May 2020-ci il tarixədək “Gəncə şəhər Filialı/Gənclərə Qayğı Layihəsi lideri” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


Əlaqə nömrəsi: 055 227 47 25


Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



   


 





For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS