AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Bakı SOS Uşaq Kəndinə PSİXOLOQ (SOS)

 Duration: 24.05.2020 - 05.06.2020

 

 


“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndinə


PSİXOLOQ


   vəzifəsinə iş elanı verir:

 

Uşaq Kəndi Psixoloqu SOS Uşaq Kəndi Proqramlarında hər bir uşaq və gəncə psixoloji xidmətin göstərilməsi və onlarla iş prosesində yaranmış problemlərin həllində əsas qayğı işçilərinə köməklik etməyə məsuldur.

 

PROFİLİNİZ:

 

  • Psixologiya sahəsində ali təhsil;
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi;
  • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
  • Sosial və təşkilati bacarıqlar;
  • Stressə davamlılıq;
  • Komandada işləmək istəyi və bacarığı;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Əlavə peşəyönümü təhsil (təlim, seminarlar);
  • Kompüter biliyi (MS Office);
  • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

 

  • Uşaq qəbulu prosesində psixodiaqnostikanı həyata keçirmək;
  • Uşaqların adaptasiya dövrünü izləmək məqsədilə plan tərtib etmək və onun həyata keçirilməsini təmin etmək;
  • Müxtəlif növ üsullardan, testlərdən, müsahibələrdən və davranışın birbaşa müşahidə olunması üsulundan istifadə edərək uşaq və gənclərin ehtiyaclarının, bacarıqlarının və ya davranışlarının qiymətləndirilməsini təmin etmək və onlar ilə diaqnostik, terapevtik, inkişafetdirici və konsultativ işlər aparmaq;
  • Uşaqların və gənclərin Keys Menecment prosedurunda sosial işçilərə dəstək olmaq;
  • Böyük yaşlı uşaqlarla peşəyönümü testlərinin kecirilməsini təmin etmək;
  • Uşaqlar üçün psixoloji təlimlər təşkil etmək;
  • Müntəzəm olaraq uşaqların psixoloji vəziyyətini əks etdirən hesabatlar təqdim etmək;
  • Uşağın layihəni tərk etmə mərhələsində ona psixoloji dəstək olmaq;
  • Əsas qayğı işçilərinin professional səviyyəni təkmilləşdirilməsi məqsədilə görüşlər təşkil etmək, psixoloji məsləhətlər vermək, onlara uşaqlar və gənclərlə iş prosesində yaranmış problemlərin həllində köməklik etmək.



İŞ ŞƏRTLƏRİ:

 

  • Ərazi – Bakı şəhəri (Sadıqcan küçəsi 27a, Həzi Aslanov/Əhmədli metro stansiyalarının yaxınlığı);
  • 600-700 AZN (vergilər daxil) əmək haqqı;
  • Həftədə 2 gün istirahət;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

 

TƏKLİFİMİZ:

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 5 İyun 2020-ci il tarixədək “Psixoloq/Bakı SOS Uşaq Kəndi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


Əlaqə nömrəsi: 055 227 47 25


Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

 

   

 

 



 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS