AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Dəyər Zənciri üzrə Mütəxəssis (LGA Public Union)

 Duration: 24.06.2020 - 07.07.2020

 

İş Elanı/Aqroturizm

 

Vəzifə:

Dəyər Zənciri üzrə Mütəxəssis 

Ərazi:

Bakı 

Müraciət üçün son tarix: 

07.07.2020

Müqavilə növü:

Əmək müqaviləsi

Müqavilənin vaxtı:

12 ay 


Haqqında

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Kənd və Regional

İnkişafa Dəstək proqramı çərçivəsində “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 8 rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran) icma əsaslı aqroturizmi inkişaf etdirmək və kənd təsərrüfatı ilə turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və iş yerlərinin yaradılmasını sürətləndirməkdir. 



Layihənin əsas hədəf qruplarına icmalarda aqroturizm/turizm sektorunda maraqlı olan mikro, kiçik və orta sahibkarlıq təsərrüfatları, gənclər, işsiz yetkin insanlar, bələdiyyə və digər yerli dövlət idarələri və qeyri-hökümət təşkilatları daxildir. Layihə, hədəf rayonlarda ümumi iqtisadi və sosial inkişafa töhvə verəcək və icmaları yeni gəlir əldə edilməsi, məşğulluq imkanları ilə təmin edəcək. Layihənin əsas vəzifələri:


  1. Dəyər Zənciri iştirakçılarının (kiçik ev təsərrüfatları, mikro, kiçik və orta sahibkarlar vəs) aqroturizm istiqamətində inkişafına dəstək göstərilməsi;
  2. Dəyər Zənciri iştirakçıları arasında klasterlərin, buna bənzər qrupların (kooperativ, assosiasiya vəs) yaradılması və təşviq edilməsi;
  3. Hədəf Dəyər Zənciri iştirakçılarının aqroturizm məhsullarının şaxələndirilməsi və marketinq yanaşmalarının inkişaf etdirilməsi;
  4. Aqroturizm sahəsində gənclərin və yetkin insanların məşğulluğunun, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi;
  5. Dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsi.

YİY layihənin icrasını “Şəfəq” Ekoturizm İctimai Birliyi və “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Turizm Agentliyi ilə yaxından əməkdaşlıq edir.

İşin təsviri

Dəyər Zənciri üzrə Mütəxəssis – fəaliyyət planına uyğun olaraq fəaliyyətlərin icrasını, Aqroturizm Dəyər Zənciri aktyorlarının araşdırılması və layihəyə cəlb edilməsini təmin edir.

Vəzifə və öhdəliklər

  • Dəyər Zənciri iştirakçılarının effektivliyini artırmaq məqsədilə strategiyalar, inkişaf proqramları hazırlamaq, icrasına dəstək göstərmək;
  • Hədəf rayonlarda aqroturizm imkanları ilə bağlı baza məlumatları hazırlamaq, müntəzəm olaraq yeniləmək;
  • Dəyər Zənciri iştirakçılarının bacarıqların artırılmasına yönəlik təlimlər təşkil etmək;
  • Müxtəlif maraqlı tərəfdaşlarla əlaqələri genişləndirməklə sektorlararası fəaliyyətlərin sürətlənməsinə dəstək olmaq;
  • Dəyər Zənciri iştirakçıları arasında əlaqələrin inkişaf etməsinə dəstək göstərmək;
  • Layihə rəhbərinin tapşırığı ilə layihə fəaliyyətlərindən irəli gələn digər işləri həyata keçirmək.

Tələb olunan təhsil, təcrübə və bacarıq

  • İqtisadiyyat, turizm, marketinq, biznes təşkili və idarə olunması və buna yaxın sahələrdə ali təhsil (magistratura məzunlarına üstünlük veriləcək);
  • Müvafiq vəzifə üzrə ən azı 2 illik iş təcrübəsi (beynalxalq layihələrdə  iş təcrübəsi olanlara üstünlük veriləcək);
  • Marketinq, kicik və orta biznesin inkişafı və təşviqi üzrə təcrübəyə malik olmalı;
  • Sosial (təqdimat, ünsiyyət, komandada işləmək və danışıqların aparılması üzrə) bacarıqlar;
  • Tədbir və görüşlərin təşkili üzrə bacarıqlar;
  • MS Office (xüsusilə Power point) mükəmməl səviyyədə işləmək bacarığı;
  • İngilis dili - orta/işgüzar səviyyə; 
  • Rus dili - orta/işgüzar səviyyə. 

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini office@lga.az ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Dəyər Zənciri üzrə Mütəxəssis) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir. 






For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS