AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup evi layihəsinə Sosial pedaqoq (Qadın namizəd) (SOS)

 Duration: 15.01.2023 - 27.01.2023


“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup evi layihəsinə


Sosial pedaqoq (Qadın namizəd)


   vəzifəsinə iş elanı verir:

 

Kiçik qrup evi (qızlar üçün) Layihəsi gənclərin müstəqil həyata hazırlanmaları üçün lazımi bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyət göstərir. Kiçik qrup evi sosial pedaqoqun əsas vəzifəsi layihədən faydalanan gənclərin cəmiyyətə uğurlu inteqrasiyasının təmin edilməsinə dəstək göstərməkdir. 

 

PROFİLİNİZ:

 

  • 35-45 yaş arası xanım namizəd;
  • Orta ixtisas və ya ali təhsil (Pedaqogika və ya psixologiya sahəsində təhsil üstünlükdür);
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi (beynəlxalq təşkilatlarda iş təcrübəsi üstünlükdür)
  • Mentorluq bacarığı;
  • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
  • Sosial və təşkilati bacarıqlar;
  • Stressə davamlılıq;
  • Komandada işləmək istəyi və bacarığı;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
  • Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);
  • İlkin tibbi yardım bacarığı;
  • Kompüter biliyi (MS Office);

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

 

  • Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
  • Gənclərə təhsil seçimi, şəxsi inkişaf və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;
  • Gənclərə sosial və müstəqil yaşam bacarıqlarının inkişaf etdirilməsində dəstək göstərmək;
  • Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək;
  • Təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq etmək; 
  • SOS Uşaq Kəndi, bioloji ailələr və icma ilə əməkdaşlıq etmək;
  • Gənclərin asudə vaxtlarını təşkil etmək;
  • Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)





Uşaq Müdafiəsi üzrə  

 

  • Uşaq Müdafiə Siyasətinə riayət etmək;
  • UKP layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək.

 

İŞ ŞƏRTLƏRİ:

 

  • Ünvan/Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189 (3 nömrəli xəstəxananın yaxınlığı)
  • 360.00 AZN (vergilər daxil) əmək haqqı;
  • Növbəli iş rejimi;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

 

TƏKLİFİMİZ:

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır 27 Yanvar 2023-cü il tarixədək “Gəncə SOS Uşaq Kəndi/sosial pedaqoq” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.



Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!



 

   

 

 






For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS