“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndinə
Günərzi Qayğı Mərkəzi
Erkən Uşaq İnkişafı Proqram Meneceri
vəzifəsinə iş elanı verir:
|
Günərzi Qayğı Mərkəzinin hədəf qrupu valideynlərdən biri və ya hər ikisi işləyən aztəminatlı ailələrdir. Layihənin əsas məqsədi uşaqların atılma riskinin qarşısının alınması, onların ailələrində böyümələrinin və inkişaflarının təmin edilməsidir. Mərkəz 08:00-dan, 20:00-dək fəaliyyət göstərir. Mərkəzdə bir tərbiyəçi və iki dayənin çalışdığı iki qrup uşaqlara xidmət göstərir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Milli uşaq inkişafı strategiyası, həmçinin müvafiq təlimatların həyata keçirilməsini təmin etmək;
- SOS Uşaq Kəndi proqramlarında (həmçinin qonşu icmada) qayğı görən 0-8 yaşlı uşaqlar üçün uşaq inkişafının bütün sahələrini əhatə edən vahid proqramı icra etmək;
- Milli standartlara əsasən kurrikulum sistemini hazırlamaq
- Erkən uşaq inkişafı tərbiyəçilərinin bacarıqlarını inkişaf etdirmək, həmçinin uşaqların iştirakını təşviq edən proqram və fəaliyyətlərin işlənib hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
- Prenatal (doğuşdan qabaq) dövrdə qonşu icma qadınlarının bacarıqlarının artırılmasına dəstək göstərmək, qonşu icmanın qadın məsləhətxanaları (poliklinikaları) ilə əməkdaşlıq etmək;
- Erkən uşaq inkişafı və erkən öyrənmə sahəsində uşaq bağçası müəllimlərinin potensialının artırılması;
- Ehtiyac üzrə uşaq inkişafı proqramlarına müntəzəm texniki dəstək, mentorluq və monitorinq səfərləri həyata keçirmək;
- Təşkilatın SOS Qayğı vədi, Qeytkipinq, Reinteqrasiya kimi siyasi sənədləri, Günərzi qayğı mərkəzi təlimatı və uşaq inkişafı sənədləri əsasında keyfiyyətli uşaq inkişafı xidmətlərinin təmin edilməsinə töhfə vermək;
- EUİ proqramına (statsionar olaraq Günərzi qayğı mərkəzində, həmçinin icmalarda) cari rəhbərliyi həyata keçirmək;
- Proqram çərçivəsində mərkəzdə günərzi qayğı xidmətinin göstərilməsini istiqamətləndirmək, proqram işçilərinə metodiki dəstək göstərmək;
- Proqramın inzibati, maliyyə və s. resurslarının məqsədyönlü şəkildə istifadəsini təmin etmək
- Proqram çərçivəsində fəaliyyətlərin koordinasiyasını aparmaq;
- Uşaqların qəbulu prosesində iştirak etmək;
- Təlim-tədris mühitini yaratmaq;
- Alınan ərzaq və yeməklərin keyfiyyətini təmin etmək;
- Uşaqların proqramda nəzərdə tutulan yaş kateqoriyaları üzrə qruplaşdırılmasını təmin etmək;
- Proqramın illik planını tərtib etmək;
- Mərkəzdə sanitar vəziyyətə nəzarət etmək;
- Mərkəzin işinə dair aylıq və illik hesabatlar hazırlamaq.
PROFİL:
- Ali təhsil (psixologiya və/və ya pedaqogika üzrə ali təhsil üstünlükdür, həmçinin Uşaq İnkişafı, Psixi Sağlamlıq və Psixososial Dəstək və/və ya reabilitasiya və s sahəsində);
- Sosial rifah sahəsində ən azı 2 il iş təcrübəsi, uşaq/gənclərin rifahı və ailə inkişafı proqramları sektorunda/uşaq müdafiəsi ilə bağlı sahələrdə sosial inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində təcrübə;
- Minimum 2 il liderlik təcrübəsi;
- Erkən Uşaq İnkişafı (xüsusilə erkən müdaxilə) üzrə ən azı 5 illik təcrübə;
- İnklüziv Uşaq İnkişafı üzrə iş təcrübəsi;
- Məktəbəqədər təhsil kurrikulumun hazırlanması və tətbiqi sahəsində təcrübə; kadr hazırlığının aparılması və proqramın effektivliyinin və erkən uşaq inkişafının nəticələrinin tətbiq olunan standartlar, siyasət və prosedurlara uyğun qiymətləndirilməsi;
- Erkən uşaqlıq və ya məktəb yaşlı qayğı proqramları üçün milli qanunvericilik və məktəbəqədər təhsil kurikulumu prosesləri və sosial təminatla bağlı hüquqi məsələlərə dair bilik;
- Təlimatların yazılması ilə bağlı təcrübə;
- Komandada işləmək istəyi və bacarığı;
- Maliyyə təhlili və proqnozlaşdırma bacarıqları və müvafiq təcrübə;
- Planlaşdırma və monitorinq, təşkilatçılıq və layihə idarəetmə bacarıqları;
- Yüksək ünsiyyət və liderlik bacarıqları;
- Stressə davamlılıq;
- İngilis dili biliyi;
- Kompüter biliyi (MS Office).
İŞ ŞƏRTLƏRİ:
- Ünvan/Bakı şəhəri, Sadıqcan küçəsi 27a (Həzi Aslanov m/s yaxınlığı);
- Aylıq əmək haqqı 844.00 AZN (vergilər daxil)
- Həftədə 2 gün istirahət;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 24 Yanvar 2023-cü ill tarixədək “Erkən Uşaq İnkişafı Proqram Meneceri” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!
Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!
|
|