AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Bakı SOS Uşaq Kəndi layihəsində əsas qayğı işçiləri ilə superviziya aparacaq Supervayzer vəzifəsinə işçi elanı verir (SOS)

 Duration: 24.01.2023 - 30.01.2023



“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi layihəsində əsas qayğı işçiləri ilə superviziya aparacaq


Supervayzer vəzifəsinə işçi elanı verir


  




PROFİLİNİZ:

 

  • Psixologiya üzrə ali təhsil;
  • Fərdi (həmçinin qrup) konsultasiyalar keçirmək bacarığı;
  • Fərdi (həmçinin qrup) konsultasiyaların keçirilməsi üzrə təcrübə;
  • Mentorluq bacarığı;
  • Danışıqlar aparmaq bacarığı;
  • Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);
  • Kompüter biliyi (MS Office);

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

 

  • Fərdi və qrup superviziyaları (konsultasiyaları) həyata keçirmək;
  • Şəxsi inkişafa dəstək göstərmək;
  • Şəxslərin emosional vəziyyəti barədə məlumat vermək;
  • Təşkilatın şəxsə dəstək verə biləcəyi məsələlərlə bağlı tövsiyyələr vermək;
  • Təşkilatın məramına uyğun məqsəd, hədəf və xidmətlərlə bağlı əməkdaşlarla müzakirələr aparmaq, aylıq performansı nəzərdən keçirib, bununla bağlı rəy vermək;
  • Performansın yaxşılaşdırılması üçün əməkdaşları motivasiya etmək və istiqamətləndirmək;
  • Əməkdaşların ehtiyaclarını, çətinliklərini, eləcə də, onlara dəstək verilməsi yollarını müəyyənləşdirmək;
  • İşçilər arasında əməkdaşlığın gücləndirilməsi və pozitiv iş mühitinin formalaşdırılması üçün dəstək vermək;
  • Əməkdaşlarda emosional yanma sindromu olduqda bunun üçün fərdi konsultasiya keçirmək, eləcə də bu cür halların yaşanmaması üçün qrup görüşlərində tövsiyələr vermək;
  • Əməkdaşların özünüdərk, sosial bacarıqlar, stressə qarşı dözümlülük, vaxtın idarə edilməsi və s. ilə bağlı bacarıqlarının artırılması üçün dəstək vermək;
  • Komandaya yeni işçi qoşulduqda fərdi görüş keçirir, ona öz rolunu anlamağa kömək edir və qrupa adaptasiya üçün təklif və tövsiyələr verir;
  • İşçilər arasında olan problemləri müəyyənləşdirmək və mübahisələrini həll etməyə onlara kömək etmək;
  • İş yerindəki problemləri müəyyən etmək və bu barədə cavabdeh şəxsləri məlumatlandırmaq.

 

Ünvan:

 





Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır 30 Yanvar 2023-cü il tarixədək “Bakı SOS Uşaq Kəndi/Supervayzer” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.



Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!



 

   

 

 





For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS