AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Press release - Local NGOs meeting in Sheki (UMID SSD PU)

 Press release date: 21.08.2003

Yerli QHT-lər Ümid HSDM və Simurq AMA Şəkidə YAİİDP üzrə Regional İctimai Görüş keçirmişdir

2003-cü ilin avqust ayının 14-15-də Şəki şəhərində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (ABŞ BİA), BMT İnkişaf Proqramı, Dünyanı Öyrənmək Təşkilatının, Almaniya Texniki Yardım Təşkilatı (ATYT) və YAİİDP Katibliyinin dəstəyi ilə yerli QHT-lər Ümid Humanitar və Sosial Dayaq Mərkəzi və Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (YAİİDP) çərçivəsində İctimai Maarifləndirmə və Yayım Proqramı (İMYP) üzrə regional ictimai görüş keçirmişdir.

İctimai görüşdə məqsəd Proqramın gedişi haqqında məlumat vermək, Proqramda geniş əhatə olunan müxtəlif sahələr üzrə Hökumət tərəfindən həyata keçirilən tədbirlərin icrası və onun səmərəliliyinin daha da artırılması istiqamətində fikir mübadiləsi təşkil etmək və ümumiyyətlə, vətəndaş cəmiyyəti ilə mərkəzi icra orqanları arasında səmərəli dialoqun təşkil edilməsi olmuşdur.

Görüş iştirakçıları 4 sektor İnvestisiya, Sosial Müdafiə, Təhsil, Ekologiya-Turizm sektorları üzrə müzakirələr aparmışlar. Proqram üzrə Sektor İşçi Qruplarının rəhbərləri iştirakçılara ayrı-ayrı sektorlar üzrə Proqramda nəzərdə tutulmuş tədbirlər barədə məlumat vermiş və müzakirələrdə iştirak etmişlər. İki gün davam edən müzakirələrdə görüş iştirakçıları proqram istiqamətində nəzərdə tutulan tədbirlər üzrə təkliflər təqdim etmişlər.

Qax, Zaqatala, Oğuz və Şəki rayonlarından olan ictimaiyyət nümayəndələrini əhatə edən ictmai görüşdə 85 nəfər iştirak etmişdir.

Bundan əvvəl YAİİDP çərçivəsində İctimai Maarifləndirmə və Yayım Proqramı üzrə Quba (1-2 iyul ) və Naxçıvan ictimai görüşləri (24-25 iyul) keçirilmişdir. Quba İctimai görüşündə 83, Naxçıvan İctmai görüşündə isə 81 nəfər iştirak etmişdir.

Növbəti ictimai görüşlərin Masallı, Şamaxı, Gəncə və Əli Bayramlı regionları üzrə keçirilməsi planlaşdırılmışdır.

Daha ətraflı məlumat əldə etmək üçün Ümid HSDM-nin İnformasiya üzrə meneceri Afət Kazımovaya müraciət edə bilərsiniz.

Əlaqə telefonu: (994 12) 34 53 15
Faks: (994 12) 34 01 75
E-mail: umid@azerin.com,
umid.office@azerin.com
Ünvan: Bakı ş., Şərifzadə küç. 140A